Panik atak nədir? Panik Atakın Elametleri Hansılardır?

Son güncellenme tarixi Dekabr 28, 2024

Bu yazımızda panik atak nedir, panik atakin elametleri, Panik atak neden olur, Panik atak kimlerde olur, Panik atak müalicesi, və digər suallarına cavablandıracağıq.

Panik Atak nədir?

İlk əvvəl panik atak nədir sualına cavab verək , panik atak gözlənilmədən və səbəbsiz yaranan, özündə qorxu və narahatlıq yaradan bir haldır. Belə hallar, adətən, bir neçə dəqiqə ərzində pik həddə çatır və insanın yaşamına ciddi olaraq təsir edə bilər. 

Panik atak yaşayan şəxs , ciddi təhlükə olmasa belə, sanki qarşısında böyük bir təhlükə varmış kimi reaksiya verir.

Bəzən bu hisslər insanda ürək tutmasının və ya özünə nəzarətin tamamilə itirməyin yaxınlaşdığı düşüncəsini yarada bilər. Bu hal, ilk dəfə başına gələn insanlar üçün son dərəcə qorxunc ola bilər.

Panik Atak Niyə Olur?

Panik atakın səbəbləri bir sıra fərqli amillərdən yarana bilər. Bəs panik atak niyə olur Bu amillərə aşağıdakılar daxildir:

  • Genetik: Ailəsində panik atak və ya digər stress pozuntuları olan şəxslərdə bu vəziyyətin irəliləməsi riski daha çoxdur
  • Bioloji amillər: Beyində serotonin və dopamin kimi neyrotransmitterlərin nizamsızlığı panik atakların yaranmasında əsas yer tutur.
  • Travma və Stress: Həyatımızada yaşadığımız böyük stresslər və travmatik hadisələr panik atakların səbəbkarı ola bilər.
  • Tibbi durumlar: Tiroid xəstəlikləri, ürək problemləri və digər tibbi hallar da panik atakların yaranmasına səbəb ola bilər.

Panik Atak Dermanlari

Panik atakın müalicəsində istifadə olunan dərmanlar onun təsirini azaltmağa yardım göstərərək, həmin insan rahatlıq verə bilər. Müalicə adətən həkim tərəfindən müəyyən edilir. Panik atak dermanlari istifadə dövrü və növü şəxsə fərdi olaraq təyin olunur. 

Panik atakın müalicə prosesində istifadə olunan dərmanlar aşağıdakı növlərə bölünür :

  • Sakitləşdirici dərmanlar (Anksiyolitiklər): bunlar panik atak zamanı baş verən ani narahatlıq və qorxunu azaltmağa kömək göstərir. Onlar adətən qısa müddətli dövrdə istifadə olunması üçün təyin edilir.
  • Antidepressantlar: Bəzi antidepresanlar, uzun müddətli müalicə dövründə istifadə olunur və insanların əhvalını qaydasına salaraq, panik atakları azaltmağa yardım edə bilər.
  • Fiziki simptomları azaldan dərmanlar (Beta-blokerlər): Bu dərmanlar, panik atak vaxtı davamlı qarşılaşılan fiziki əlamətləri (ürək döyüntüsü, titrəmə) yüngülləşdirməyə kömək göstərir.

DİQQƏT! Həkim məsləhəti olmadan hər hansısa dərman istifadə edilməməlidir, çünki hər insanın vəziyyəti fərqli ola bilər və yanlış dərman istifadə etmək yan təsirlər yarada bilər. Müalicə həkim nəzarəti altında olmalıdır.

Panik Atak Elametleri

Panik atak elametleri hər kəsdə fərqli ola bilər və insandan insana dəyişir. Daha çox rast gəlinən əlamətlər aşağıdakılardır:

  • Şiddətli ürək döyünməsi və sürətli nəbz atması
  • Sinə sıxlığı
  • Tərləmə və soyuq tər basma
  • Nəfəs darlığı
  • Boğulma hissi
  • Başgicəllənmə, yıxılma və ya huşun itirmə
  • Uyuşma
  • Üşümə, titrəmə
  • İstilik basması
  • Qarın ağrısı və ürək bulanması
  • Əzələlərdə gərginlik və ağrı
  • Dəli olmaq qorxusu
  • Ölüm qorxusu
  • Reallıqdan uzaqlaşma və ya özündən ayrılma hissi

Panik atakın baş vermə müddəti 5-10 dəqiqədir. Bu simptomlar qısa zamanda pik nöqtəyə çatır və adətən 10-30 dəqiqə ərzində azalır, bəzi nadir hallarda panik atak əlamətləri təsirinin bitməsi 1 saata qədər çəkə bilər.

Panik Atak Neden Olur?

Panik atak neden olur bu müəyyən edilə bilmir. Beyində kimyəvi maddələrin (neyrotransmiterlər) tarazlığının pozulması buna təsir göstərə bilər.

Yaşamımızda baş verən çoxlu stress panik atakın yaranmasına səbəb kimi göstərilə bilər.

Eyni zamanda, kofein və nikotin kimi maddələri həddindən çox istifadəsi və yuxusuzluq da risk amilləri arasında yer alır.

Panik Atak Kimlerde Olur?

Panik atak hamıda ola bilər, lakin bəzi insanlar daha çox risk altındadır:

  • Gənclər: Adətən gənclərdə də baş verə bilir, 20-30 yaş aralığında olanlarda daha çox görülə bilir.
  • Ailə tarixçəsi olanlar: Ailəsində keçmişi olan şəxslərin riski daha yüksəkdir.
  • Qadınlar: Statistikalar qadınların kişilərə nisbətən iki dəfə çox panik atak keçirdiyini göstərir.
  • Müəyyən həyat tərzi faktorları: Həyatında yüksək stress olan, maddi və ya emosional çətinliklərlə mübarizə aparan insanlar panik ataklara daha çox meyllidirlər.

Yuxuda Panik Atak tuta bilərmi?

Bəli, yuxuda panik atak tutması mümkündür. Adi halda baş verdiyi kimi panik atakın yuxuda da bizi tutması baş verə bilər.

Yuxuda panik atak da gündəlik yaşamımızda baş verən stressli hallar, qorxu və narahatlıqlarımızla əlaqəlidir. Bu növ panik atak adətən insan yuxudaykən hiss edilmir. 

Yuxuda Panik Atakın Əlamətləri

Yuxuda panik atak yaşayan insanlar adətən aşağıdakı simptomları hiss edirlər:

  • Yuxuda ani bir qorxu və ya təlaşlanmaq
  • Ürək döyüntüsünün sürətlənməsi
  • Həddindən çox tərləmə
  • Nəfəs darlığı və ya boğulma hissi
  • Qorxulu yuxular görmək

Panik Atak Müalicesi

Panik atak müalicesi bir neçə növü əhatə edir:

  • Psixoterapiya: Koqnitiv davranış terapiyası (KDT), panik atakın tənzimlənməsi və müalicəsində effektiv bir yoldur. Bu terapiya insana öz yanlış düşüncələrini və qorxularını tanış olmağa və onları idarə etməyə yardım edir.
  • Dərman müalicəsi: Həkim tərəfindən təyin edilən dərmanlar panik atak simptomlarının azalmasına kömək edir.
  • Yaşam tərzində dəyişikliklər: Sağlam qidalanma, fiziki məşqlər, stressin idarə edilməsi üçün meditasiya və nəfəs texnikası məşqləri də panik atakla mübarizədə vacibdir.

Panik Atak Zamanı Ne Etmeli

Panik atak zamanı sakitləşmək etməli olduğumuz bəzi praktik addımlar:

  • Yavaş şəkildə və dərindən nəfəs alıb verin
  • Diqqətinizi yayındırın, başqa bir fəaliyyətə fokuslanın, məsələn, bir obyektə diqqətlə baxın və onun xüsusiyyətlərini təsvir edin
  • Özünüzə panik atakın qısa müddətli olduğunu və keçəcəyini xatırladın
  • Sakit bir məkanda olmağa çalışın, səs-küydən uzaq olun

Please enable JavaScript in your browser to complete this form.

bənzər yazılar

Back to top button