Yaddaş Pozğunluğu Və Unutqanlıqın Səbəbi

Son güncellenme tarixi Fevral 1, 2025

Yaddaş Pozğunluğu və Unutqanlıq

Hərdən günlük həyatımızda hər hansısa əşyamızı harada qoyduğumuzu yaddan çıxarırıq, yoxsa? Amma unutqanlıq bəzən bundan daha ağır problemə çevrilə bilər. Əgər vacib hadisələri yada salmaqda, xatırlamaqda çətinlik çəkirsinizsə və ya davamlı olaraq məlumatları unudursunuzsa, bu artıq yaddaş pozğunluğu adlandırılan vəziyyət ola bilər.

Belə hallar həyat keyfiyyətini azaldır və sosial münasibətlərdə bir sıra problemlər yaradır. Üstəlik, buna ciddi yanaşmadıqda daha da ciddi nevroloji problemlərə gətirib çıxara bilər.

Bu yazıda da yaddaşımızı qorumağın yollarından danışacağıq.

Yaddaş Pozğunluğu Xəstəliyi Nədir

Yaddaş pozğunluğu beyinlə bağlı müxtəlif narahatlıqların nəticəsi olaraq yaranır. Bu xəstəlik təkcə yaşlı insanlar və qocalar üçün xarakterik deyil, hər yaşda meydana çıxa bilər. 

Bu vəziyyət nevroloji xəstəliklərdən, stressdən, yuxu rejiminin pozulmasından , düzgün qidalanmamaqdan və ya qocalıqdan qaynaqlana bilər. 

Yaddaş zəifliyi günlük yaşamınızda çətinliklər yarada bilir. Ciddi yanaşmadıqda hətta daha ciddi xəstəliklərə yol aça bilər.

Daha pis hallarda, bu problem amneziya xəstəliyinə yol aça bilər ki, bu da yaddaşınızın qismən itməsinə gətirib çıxara bilər. 

Bəs amneziya nədir deyəcəksiniz, bu mövzu ilə bağlı da aşağıdakı yazılarda danışmışıq.

Unutqanlıq Xəstəliyinin Simptomları

Unutqanlıq xəstəliyinin fərqli fərqli simptomları vardır. Hər insanda müxtəlif simptomlar ola bilər. Bu xəstəliyi olan insanlar nümunə olaraq səhər görüşdüyü insanın adını xatırlamaya bilər və ya digər hallar ola bilər. 

Aşağıda yazılanlar sizdə davamlı müşahidə olunursa bu unutqanlıq xəstəliyi ola bilər:

  • Yaxın zamanlarda baş vermiş hadisələri yada salmaqda çətinlik.
  • Sadə günlük işləri etməyi yaddan çıxarmaq.
  • Baxdığınız bir filmin, serialı, qulaq asdığınız mahnını, oxuduğunuz kitabı unutmaq
  • İnsanların və ya onların adlarının xatırlanmaması.
  • Cümlə qurarkən və yaxud danışarkən sözləri tapmaqda çətinlik çəkmək.
  • Yeni məlumatları öyrənməkdə əhəmiyyətli dərəcədə çətinlik çəkmək.

Əgər bu simptomlar sizdə varsa həkim müraciət etməyinizi tövsiyə edirik.

Səbəbləri Nələrdir

Yaddaş pozğunluğunun səbəbləri bir çox faktordan qaynaqlana bilər. Bunlar aşağıdakı kimidir:

  • Alzheimer xəstəliyi, demensiya formaları.
  • Stress, depressiya və ya travma sonrası stress sindromu.
  • Vitamin çatışmazlıqı: B12 vitamini və fol turşusu çatışmazlığı.
  • Yuxusuzluq, həddindən çox spirt istifadəsi və siqaret çəkmək.

Amneziya Nədir

Amneziya, yaddaşın qismən və ya tamamilə itməsi ilə xarakterizə olunan bir xəstəlikdir. 

Yəni yaddaş itkisi, keçmiş hadisələri xatırlamaq və ya yeni məlumatları yadda saxlamaqla bağlı problemlər deməkdir. İnsanın həyatına əhəmiyyətli dərəcədə təsir edən bu vəziyyət iki formada müşahidə olunur:

  • Retroqrad Amneziya – keçmiş hadisələrin xatırlanmasını çətinləşdirir.
  • Anteroqrad Amneziya – yeni məlumatların yadda saxlanması və öyrənilməsi çətinləşir

Amneziya xəstələri tez-tez öz həyatlarının vacib anlarını, ailə üzvlərinin adlarını və ya öz şəxsi məlumatlarını yaddan çıxara bilirlər. Bu xəstəlik həm qısamüddətli , həm də uzunmüddətli ola bilər və vaxtında müdaxilə ilə bərpa şansı ola bilir. 

Amneziya müalicə edilə bilər, amma bu xəstələr diqqət etməli və həkimə vaxtında müraciət etməlidir.

Yaddaş Pozğunluğunun Müalicəsi

Yaddaş pozğunluğunun müalicəsi zamanı dərmanlar qəbul edilə bilər amma yalnızca həkim nəzarəti altında və onun təyin etdiyi dərmanlar edilməlidir. 

Həmçinin xəstəliyin səbəbinə əsaslanaraq fərqli yanaşmalar etmək mümkündür. Bəzi hallarda dərman müalicəsi, bəzi hallarda yaşam tərzində dəyişikliklər etmək və psixoloji seanslar müsbət təsiri ola bilər.

Lakin bunlar xəstəyə görə dəyişə bilən yanaşmalardır. Xəstənin vəziyyətinə görə həkimin təyin etdiyi şəkildə müalicə qəbul edilməlidir.

Yaddaşınızı Gücləndirəcək Tövsiyələr

Yaddaşı gücləndirmək, unutqanlığa qarşı mübarizə üçün və onu aradan qaldırmaq üçün bizim də sizə kömək edəcək bir sıra tövsiyələrimiz vardır:

  • Zehninizi inkişaf etdirin, kitab oxuyun
  • Yeni biliklər öyrənin
  • Xarici dil öyrənməyə çalışın
  • Tapmacalar edin
  • Zehni oyunlar oynayın
  • İşə gedərkən və ya qayıdarkən günlük istifadə etdiyiniz yollar əvəzinə fərqli yollardan getməyə çalışın
  • Yeni hobbilərin edin
  • Günlük rutinlər
  • Omega-3 balıq yağı və B vitamini qəbulunu artırın.
  • İdman etməyə çalışın, həftədə ən azı üç dəfə idman etmək beynin qan dövranını yaxşılaşdırır.
  • Yuxu rejiminizi qaydasına salın, gündəlik yeddi-səkkiz saat keyfiyyətli yuxu yaddaş üçün vacibdir.
  • Meditasiya, nəfəs alma texnikaları və ya stressi azaldan fəaliyyətlər yaddaşa müsbət təsir edə bilər.

Nəticə

Unutqanlıq və yaddaş pozğunluğu zaman-zaman hər insanın başına gələcək bir haldır. Lakin davamlı olması ciddi problemlər yarada bilər. Bu cür problemlərin qarşısının alınması üçün düzgün addımlar atmaq və erkən müdaxilə çox vacibdir. Yuxarıda qeyd etdiyimiz tövsiyələri həyatınıza daxil edərək, yaddaşınızı qoruya, yaşam keyfiyyətinizi artıra bilərsiniz.


Please enable JavaScript in your browser to complete this form.

bənzər yazılar

Back to top button