Depressiya Nedir? Depressiyanın 7 Növü Və Əlamətləri

Son güncellenme tarixi Yanvar 31, 2025
Depressiya Nedir?
Depressiya nedir? depressiya dövrümüzdə çox rast gəlinən və psixoloji vəziyyətimizə təsir edən ciddi bir ruh halı pozuntusudur. Bu ruh halı insanın günlük yaşamına ciddi təsirlər edir, enerjisini və motivasiyasını əlindən alır.
Amma bilmək lazımır ki, hər ruh düşkünlüyü depressiya demək deyil. Depressiya yalnızca üzüntü hissi deyil; daha çox və davam edən bir ruhi xəstəlikdir.
Depressiya En Çox Kimlerde Olur
Dünya Səhiyyə Təşkilatının araşdırmalara görə, depressiyaya kişilərə nisbətdə qadınlar arasında daha çox rast gəlinir. Bunun bəzi səbəbləri vardır:
1. Hormonal dəyişikliklər
- Qadınların hamiləlik, doğuşdan sonrakı dövrləri hormonal dəyişikliklərlə müşayiət olunur ki, və bu da depressiyanın baş verməsi riskini yüksəldir.
2. Emosional və Sosial amillər
- Qadınlar adətən daha çox emosional yük daşıyır və başqa insanların qayğısına qalmağa meyllidirlər. Və bu, stressin hallarının artmasına gətirib çıxara bilir.
- Cəmiyyətdə qadınlara qarşı gözləntilər, sosial təzyiqlər də depressiyaya səbəb olan amillər arasındadır.
3. Fərqli psixoloji amillər
- Qadınlar hisslərini ifadə etməkdə kişilərə nisbətdə daha açıqdırlar. Bu səbəbdən qadınlarda depressiya daha tez rast gəlinir. Kişilər isə bəzən öz problemlərini gizlətməyə və ya fərqli şəkildə göstərməyə yatqındırlar (məsələn, aqressiv davranmaq və ya alkoqol qəbul etmək ilə).
Uşaqlarda Depressiya
Uşaqlarda da depressiya halları baş verə bilir. Statistikalara görə uşaqların 1%-də, yeniyetmə və gənclərin 3%-də depressiya halı müşahidə olunur. Mütəxəssis dəstəyi göstərilmədiyi və qarşısı alınmadığı təqdirdə proses uzana bilir.
Bəs uşaqlarda depressiya halları zamanı eyni əlamətlər baş verir? Xeyr? Uşaqlarda simptomlar biraz fərqli ola bilir, məsələn bağçaya, məktəbə və ya digər yerlərə getməkdən imtina etmək, valideynini itirmək hissi, xəstə olduğunu uydurması kimi hallar özünü göstərə bilir.
Araşdırmalara görə isə uşaqlar və yeniyetmələrin 10%-i təqribi 2-3 ay ərzində, 50%-i 10-12 ay müddətində, 30%-i isə 2 il müddətinə qədər sağalır
Depressiyanın Hansı Növləri Var?
Depressiyanın növləri fərqli fərqlidir və bunların hər birinin əlamətləri fərqlidir. Depressiyanın ən geniş yayılmış növləri isə aşağıdakı kimidir:
Klinik Depressiya (Major Depressiya)
Major depressiya və yaxud da Klinik Depressiya ən çox yayılmış və ciddi depressiya növlərindən biridir. Uzun müddətli davam edən bu növ ümidsizlik, kədər hissi ilə və insanın həyatına maraqının itməsi ilə müşayiət olunur. Yuxusuzluq, Halsızlıq, İştahsızlıq kimi əlamətləri vardır.
Xroniki Depressiya
Xroniki depressiya yüngül tipli depressiya növlərindən biridir. Lakin, uzunmüddətli davam etməsi ilə bilinir. Həvəssizlik, kədər, motivasiya düşkünlüyü simptomları ilə bilinir.
Mövsümi Depressiya
Daha çox ilin qış və payız fəsillərində yaranır. Yuxulu olmaq, çəki artımı kimi simptomları vardır.
Doğuş sonrası Depressiya (Hamilelikde Depressiya)
Bu növ qadınlardan doğuş sonrası yaranan hormonal dəyişikliklərdən yaranır. Hamilelikde depressiya zamanı günahkarlıq, çoxlu ağlamaq, ümidsiz olmaq kimi simptomlar ortaya çıxır.
Atipik Depressiya
Digər depressiya növlərindən biraz fərqlilik vardır ki, bu da yaxşı bir hadisə baş verdiyi zaman insan az müddətə də olsa pozitiv ola bilir. Rədd edilməyə qarşı çox həssas olmaq, çox yatmaq, həddindən çox yemək kimi simptomları vardır.
Psixotik Depressiya
Real olmayan düşüncələr düşünmək və həyatda, reallıqda olmayan şeylər görmək və ya səsini eşitmək (halüsinasiyalar) ilə müşayiət olunur.
Şizofreniya tipli bir vəziyyət olduğuna görə çox ciddi bir haldır və mütləq şəkildə həkimə müraciət olunmağ tövsiyə olunur.
Bipolyar Depressiya
Bipolyar pozuntu olduğu zamanlar insan çoxlu depressiv hallar yaşayır. Bu növdə digər növlərdə olan simptomlar ola bilir.
Depresiyanin Elametleri Hansılardır
Depresiyanin elametleri müxtəlif formalarda özünü göstərə bilər. Bu əlamətlər hər bir şəxsdə fərqli cür özünü göstərsə də, ümumi olaraq aşağıdakı vəziyyətlər müşahidə olunur:
- Uzun müddət davam edən kədər və ümidsizlik hissi
- Özünü bədbəxt və uğursuz hiss etmək
- Maraqların və yaşam motivasiyanın itirilməsi
- Yuxu rejimində problemlər (yuxusuzluq və ya çox yatmaq)
- İştahın pozulması (çox yemək və ya iştahsızlıq)
- Halsızlıq, yorğunluq halı
- Diqqətsizlik və qərarsızlıq
- Özgüvən problemləri
- Özünü günahkar hiss etmə
- Özünü dəyərsiz hiss etmək
- Cinsi maraqların azalması
- Günlük işləri yerinə yetirə bilməmək
- Həyata marağın itməsi
- İntihar düşüncələri
Depresiyanin Sebebleri Nelerdir?
Depressiyanın sebebleri bir çox amillərin təsirindən yarana bilər. Əsas səbəblər isə bunlardır:
Bioloji amillər
- Beynimizdə serotonin, dopamin və norepinefrin kimi kimyəvi maddələrin çatışmazlığı.
- İrsi: yəni ailəmizdə depressiya keçmişi olan birinin olması
- Hormonal dəyişkənliklər (məs: qadınlarda hamiləlik sonrası dövr)
Psixoloji faktorlar
- Travmalar və stress hallarının yaşanması (ətrafınızdan kiminsə ölümü, boşanma halları)
- Uşaqlıq travmalarımız
- Aşağı özgüvən
- Həddindən artıq tələbkar olmaq
Xəstəliklər
- Xroniki olan xəstəliklər ( əsasən də parkinson, xərçəng, diabet və s.)
Sosial və ətraf mühit təsirlər
- Tənhalıq, dəstək verə biləcək birinin olmaması
- İşsizlik
- Maddi cəhətdən problemlər
- Dostluq və ailə münasibətin çətinliklər
Depressiya Dermanlari Hansılardır?
Depressiya dermanlari hansılardır? Depressiya müalicəsində istifadə olunan dərmanlar, xüsusilə ağır hallarda, çox təsirli ola bilər. Əsasən psixiatr tərəfindən təyin olunan bu dermanlar aşağıdakılardır:
- Antidepressantlar:
Beyindəki kimyəvi maddələrin balansını tənzimləyir.
- Sakitləşdirici dərmanlar:
Narahatlıq və stresi azaldır.
- Yuxunu tənzimləyən dərmanlar:
Depressiyanın yaratdığı yuxu pozuntularını müalicə edir.
Dərmanlar yalnız həkim nəzarəti altında qəbul edilməlidir.
Depressiyanin Müalicesi
Depressiyanın müalicesi mümkündür. Və bunun fərqli müalicə üsulları var. Bunlar aşağıdakılardır:
Antidepressant Dermanlar
Depressiyanın müalicəsində ən çox istifadə olunan antidepressant dərmanlardır.
- Beyindəki kimyəvi maddələrin balansını tənzimləyərək əhvalı yaxşılaşdırır.
- Stress, kədər, narahatlıq kimi hissləri azaldır.
*Lakin bu dərmanlar təsirini qəbul olunduğu müddətdə deyil, bir neçə həftəyə göstərir.
Psixoloji terapiya
Psixoloqla aparılan söhbətlər stresslə mübarizə aparmağa və mənfi düşüncələrdən uzaqlaşmağa kömək edir. Müxtəlif psixoloji metodlarla, xəstənin düşüncəsi dəyişmək, neqativ hisslərini anlama1 və depressiyanı idarə etmək mümkündür.
Bu dərmanlar depressiyanın ən yayılmış müalicə vasitələrindən biridir. Antidepressantlar beyin kimyasını tarazlayır və insanın əhval-ruhiyyəsini tənzimləməyə kömək edir. Onların təsirini hiss etmək üçün adətən bir neçə həftə vaxt tələb olunur. Lakin mütləq həkim məsləhəti ilə istifadə edilməlidir.
Depressiyanin Müalicesi Nə Qədər Çəkir?
Depressiyanın müalicesi bir neçə ay çəkir, və bu ayların sonunda xəstə sağalır. Amma bu təkrarlanan bir xəstəlik olduğuna görə yenindən baş verməyəcəyi demək deyil.
Müalicə edilmədiyi təqdirdə isə depressiya halı 6 aydan 2 il müddətə qədər çəkə bilər. Az hallarda daha çox çəkə bilir. Gənclərin təqribi 30%-də bu hallar 4-5 il müddətində yenidən təkrarlana bilər.
Depressiya Zamanı İntihara Cəhd
Depressiyadan əziyyət çəkən insanların 1-3%də intihara cəhd halları yaşanır. İntihara cəhd edən insanların 70%-də isə bu cəhdin depressiya ilə əlaqəli olmuşdur.
Depressiyadan Cixmagin Yollari
Bəs depressiyadan cixmagin yolları hansılardır ? Bu suala cavab olaraq deyə bilərik ki, psixoloq dəstəyi və sosial dəstəklər çox vacibdir. Aşağıda olan bəzi tövsiyələr isə sizə bu vəziyyətdən çıxmağa kömək edə bilər:
- İdman edin:
Yürüşlər edin, idman edin, yoga ilə məşqul olun bunlar sizin həm sağlımlığınıza həmçinin stressi azaltmağa kömək edir. Günlük olaraq ən azı 10-15 dəqiqə yürüş etməyiniz, yüngül idman hərəkətləri etmək belə faydalıdır.
Həmçinin idman etmək, fiziki hərəkətlər etmək beynimizdə xoşbəxtlik hormonları kimi bilinən serotonin və endorfini miqdarını artırır.
- Sağlam qidalanın
Beyin funksiyalarını dəstəkləyəcək qidalar qəbul edin. Meyvə, tərəvəz, qoz-fındıq qidalanmanıza əlavə edin. Omeqa-3 balıq yağında istifadə edin
Çalışın şəkərdən uzaq durun və çoxlu kofein istifadə etməyin.
- Dostlarınız və ailəniz ilə ünsiyyətdə olun
Emosional dəstək almaq, yaxın olan dostlarınızın yanınızda olması özünüzü tənha hiss etməmək üçün faydalıdır.
- Günlük rejim yaradın
Yuxu rejiminizi qaydasına salın, özünüzə fəaliyyətlər axtarın, proqram hazırlayın və onlarla məşqul olun, bu sizin əhvalınızı yaxşılaşdıracaq.
- Sosial Mediadan uzaq qalın
Depressiya hallarında sosial şəbəkələrdə vaxt keçirmək bəzən özünüzü daha pis hiss etməyə gətirib çıxara bilir.
- Qarşınıza kiçik məqsədlər qoyun
Depresiya zamanı insan həyatının mənasız olduğunu düşünə bilir. Bu fikirdən uzaqlaşmaq üçün qarşınıza kiçik məqsədlər qoyun məsələn yeni bir şey öyrənmək, özünüzə vaxt ayırın.
- Hobbilərinizə vaxt ayırın
Rəsm çəkmək, musiqi dinləmək sizə belə hallarla mübarizə aparmaq üçün köməkçi ola bilər.
Nəticə
Unutmayaq ki, depressiya müalicə ilə, həyatımızı rejimi salmaq yolları ilə sağalan bir şeydir. Depressiyadan çıxmaq üçün səbr etmək, və iradəli olmaq vacibdir. Həyatınızı yenidən qura biləcəyinizə və idarə edə biləcəyinəz inanın 🙂
1 bağlantı