Bipolyar Pozuntu Nedir? Elametleri Nelerdir?

Son güncellenme tarixi Dekabr 21, 2024

Bipolyar Pozuntu Nedir

Bipolyar pozuntu, insanın əhvalının birdən dəyişməsi ilə bağlı olan bir psixi sağlamlıq problemidir. Bipolyar pozuntusu olan insan bəzən çox enerjili və pozitiv, bəzən isə bunun əksinə – ruhdan düşmüş və kədərli ola bilər. İnsanın həyatında olan belə dəyişikliklər günlük həyata ciddi təsir edə bilir.

Bipolyar Pozuntunun Səbəbi Nədir

Bipolyar pozuntunun sebebi nedir ? bu bir neçə müxtəlif səbəblərlə əlaqəlidir:

  • İrsi: Əgər ailədə bu problemə malik biri varsa, xəstəliyə tutulma ehtimalı artır.
  • Stress və Travma: Həyatınızdakı olan böyük dəyişikliklər, itkilər və ya uzunmüddətli stress bipolyar pozuntuya səbəb ola bilər.
  • Beyin funksiyaları: Beyində insanın əhvalı idarə edən kimyəvi maddələrin (Serotonin və dopamin kimi) balanssızlığı bipolyar pozuntunu yarada bilər.
bipolyar pozuntunun mania ve depressiya merhelesini gösteren şekil

Bipolyar Pozuntunun Elametleri

Bipolyar pozuntunun elametleri iki fərqli mərhələsi ilə özünü təqdim edə bilir: Mania və Depressiya. Hər iki mərhələnin özünəməxsus əlamətləri vardır və bunlar insanın həyatını ciddi şəkildə təsir edə bilər. Bu dövrlər arasında keçişlər tez-tez baş verə bilir, lakin bəzən mərhələlər uzun müddət də davam edir.

Maniya mərhələsi

  • Yüksək enerji və motivasiya: İnsan çox motivasiyalı olur, hərəkətli və canlı hiss edir, gündəlik işləri daha sürətli və həvəslə yerinə yetirmək istəyir.
  • Yuxuya ehtiyacın azalması: Yuxu ehtiyacı kəskin azalır və insan uzun müddət yuxusuz qala bilər, amma buna baxmayaraq, özünü enerjik hiss edir.
  • Özünü çox güclü hiss etmək: İnsan özünü məğlubedilməz və güclü hiss edir, hər şeyin öhdəsindən gələcəyini düşünür.
  • Çox danışmaq: Adətən insan çox danışmağa başlayır, fikirlər bir-birinə qarışır və sözləri birləşdirə bilməz.
  • Riskli davranışlar: Pul xərcləmək, məsuliyyətsiz qərarlar qəbul etmək, təhlükəli işlərə qoşulmaq kimi davranışlar görülə bilər.
  • Təkrarlanan və ya mənasız işlərə başlamaq: Yeni layihələrə və ya fəaliyyətlərə başlamağa meyllilik, amma bu işlərin çoxu yarımçıq qalır.
  • Sosial əlaqələrdə pozulma: Ailələr, dostlar və ya həmkarlarla münasibətlərdə gərginlik yarana bilər, çünki insan çox həddini aşa bilir.
  • Həddindən artıq xəyallar və düşüncələr: Düşüncələr çox əlaqəsiz olur, insan adətən məntiqsiz fikirlər və ya xəyallara qapıla bilər.

Depressiya mərhələsi

  • Daimi kədər və ümidsizlik hissi: İnsan özünü daim kədərli və ümidsiz hiss edir, həyatın mənasız olduğunu düşünə bilər.
  • Halsızlıq və yorğunluq: Fiziki, zehni yorğunluq hissi olur, hərəkət etmək və ya gündəlik işləri yerinə yetirmək çətinləşir.
  • Maraqsızlıq və həvəs itkisi: İnsan əvvəlcə zövq aldığı fəaliyyətlərə marağını itirir və heç bir şeyə həvəs göstərmir.
  • Yuxu problemləri: Depressiya dövründə insanlar ya çox yuxulamağa, ya da yuxusuzluqdan əziyyət çəkməyə başlayır.
  • Düşüncələrdə mənfi yönümlülük: İnsan özünü dəyərsiz, günahkar hiss edir, mənfi fikirlər beynini alır.
  • İştahda  dəyişikliy: İştah azalması və ya artması, nəticədə çəki itkisi və ya artımı ola bilir.
  • Özünə qapanma və cəmimiyyətdən qaçma: İnsanlar sosial fəaliyyətlərdən qaçmağa, tək qalmağa üstünlük verir və yaxınlarına qarşı maraqsızlıq hissi göstərir.
  • Bədən və baş ağrıları: Fiziki narahatlıqlar, baş ağrıları, bel ağrıları kimi bədən ağrıları artmış ola bilər.
  • Özünə zərər vermək və ya intihar fikirləri: Bəzi hallarda depressiyada olan insan özünə zərər vermək və ya həyatına son qoymaq kimi düşüncələr ilə mübarizə edə bilər.

Bipolyar Pozuntunun Mualicesi

Bipolyar pozuntunun müalicəsi mümkündür, lakin bu, zaman və düzgün yanaşma tələb edir. Əsas müalicə üsulları bunlardır:

Dərman mualicesi:

  • Bipolyar pozuntunun yaratdığıı əhval-ruhiyyə dəyişkənliklərini idarə etmək üçün müəyyən dərmanlar təyin olunur.

Psixoloji dəstək:

  • Psixoloq ilə müalicə, fərdi və qrup seansları, xəstənin özünə olan münasibətini və hisslərini yaxşılaşdırmağa kömək edə bilər

Yaşam tərzinin dəyişdirilməsi:

  • Sağlam qidalanmaq, gündəlik rejimə əməl etmək və stressdən uzaq durmaq bipolyar pozuntu simptomlarını azaltmağa kömək edir.

Please enable JavaScript in your browser to complete this form.

bənzər yazılar

Back to top button