Nevroz nedir? Nevrozun elametleri ve mualicesi?

Son güncellenme tarixi Fevral 1, 2025
Nevroz Nedir?
Nevroz dövrümüzdə ən çox qarşımıza çıxan psixoloji narahatlıqlardan biridir. Və əslində bir çoxumuzun həyatının bir nöqtəsində üzləşdiyi bir haldır. Bəs Nevroz nedir? Nevroz, problemlərimizin təsiri ilə ortaya çıxan və emosional vəziyyətimizə təsir edən psixoloji bir pozuntudur.
Nevroz Elametleri Hansılardır?
Nevroz elametleri müxtəlif növlərdə özünü göstərə bilər. Bu əlamətlər arasında çoxlu stress, yuxusuzluq , səbəbsiz qorxular və hətta fiziki narahatlıqlar yer alır. Ən çox rast gəlinən nevrozun elametleri ise fiziki və psixoloji olaraq aşağıdakı kimidir:
Nevrozun Fiziki Elametleri :
- Həyəcan
- Baş ağrısı
- Ürək döyüntüsünün artması
- Boğulma hissi
- Baş gicəllənməsi
- Əllərin titrəməsi
- Üşütmə
Nevrozun Psixoloji Elametleri :
- Mükəmməliyyətçilik, hər şeyin mükəmməl olması istəyi
- Ağlınızdan çıxmayan fikirlər və narahatlıqlar
- Ruh düşkünlüyü
- Pis bir hadisə olacaq qorxusu
- Ölüm qorxusu
- Xəstəlik qorxusu
- Öz ehtiyaclarınızı düzgün şəkildə idarə edə bilməmək
- Daima narhatlıq içində yaşamaq
- Qısqanclıq
- Başqalarından asılı qalmaq
- Münasibətlərinizdə daima çətinliklər yaşamaq
- Adətən dramatik və duyğusal reaksiyalar vermək
- Özgüvənin azalması, özünü zəif hiss etmək
- Bəzən verdiyiniz reaksiyaları həddindən artıq şişirtmək
Nevrozun Sebebleri
Nevrozun sebebleri nelerdir, nevroz niye yaranir? Burada bir çox amil rol oynaya bilir. Uşaqlıqlda yaşadığınız stress və travmalar yaranmasına səbəb ola bilər. Və ya günlük həyatınızdakı iş, ailə və.s problemlər. Bəzən genetik amillər də burada rol oynaya bilir.
Nevrozun Növleri
Nevrozun növleri aşağıdakı kimidir:
– Obsessiv-Kompulsiv Nevroz
Obsessiv Kompulsiz Nevroz, təkrar-təkrar ağla gələn düşüncələr ilə müşayiət olunur.
Əsas simptomları: Hər şeyi yenidən yoxlamaq, tez-tez əllərini yumaq
– Histerik Nevroz
Histerik nevroz , yəni hisslərin həddindən çox və idarə edilə bilməyəcək səviyyədə ifadə edilməsi.
Halsızlıq, çoxlu ağlama kimi simptomları vardır.
– Fobik Nevroz ( Fobiyalar)
Hər hansısa bir obyektdən, vəziyyətdən, hadisədən həddindən çox qorxmaq.
Bu tip qorxu nevrozunun elametleri qaranlıqdan qorxmaq, insanlar içinə çıxmaqdan qorxmaq, qapalı yerlərdən, hündürlükdən qorxmaq və s. dir.
– Travmatik Nevroz
Bu növ nevroz adətən ciddi travmatik bir hadisədən sonra yaranan qorxuların, narahatlıqların sizi təqib etməsi hallarıdır.
Travmatik nevroz yaşayan insanlar yaşadığı travmanı sanki yenidən yaşayacaqmış kimi bir hiss keçirirlər.
– Depressiv Nevroz
Depressiv nevroz daima kədərli olmaq, həvəssizlik və maraqsızlıq hissinin olması ilə müşayiət olunur.
Nevrotik depressiya adətən insanın emosional narahatlıqlarından və daxili gərginliyindən yaranan bir növdür
– Anksiyete Nevrozu
Anksiyete nevrozu zamanı insan daim gərgin, narahat vəziyyətdə olur və gələcəklə bağlı narahatlıq hissləri keçirir. Adətən səbəbsiz qorxu, əsəb keçirirlər, pis bir hadisə baş verəcək kimi bir hissə qapılırlar.
Simptomları: Ürək döyüntülərinin artması, baş gicəllənməsi, tərləmə
– Somatizasiya Nevrozu
Somatizasiya nevrozu isə psixi problemləri fiziki formada sizdə göstərən bir növdür. Yəni ki, tibbi cəhətdən bir açıqlaması olmayan baş ağrıları və ya mədə problemləri bu növün simptomlarıdır.
Nevrozun Mualicesi
Nevroz mualicesi düşündüyünüz kimi çətin deyil. Ən əsası, düzgün addımlar atmaqdır.
İlk olaraq, psixoloq və ya psixiatra müraciət edə bilərsiniz.
Daha sonra, həyat tərzinizi dəyişərək daha sağlam və balanslı yaşamağa çalışın.
Məsələn, meditasiya, idman və ya nəfəs məşqləri sizi çox rahatladacaq və müalicənizin effektivliyi artıracaqdır. Bəzən dərman da lazım olur, amma bunu yalnız həkimlə məsləhətləşərək etməlisiniz.
Nevrozun Sagalma Muddeti
Nevrozun sagalma muddeti, əsasən, şəxsin vəziyyətinə, müalicənin növünə və insanın həyat tərzi ilə bağlıdır. Bəziləri bir neçə ay ərzində müsbət təsirlər görsə də, bəziləri üçün isə bu müddət daha uzun ola bilər. Müalicə zamanı səbrli olun və gedişatı pozmayın.
Nevrozdan Qurtulmaq Yollari
Nevrozdan qurtulmaq yollari kimi bir neçə faydalı olacaq tövsiyəm var:
- Özünüzü yaxşı tanımağa çalışın və nəyə ehtiyacınız olduğunu anlayın
- Psixoloq dəstəyindən çəkinməyin, çünki, həqiqətən çox müsbət təsirləri olduğunu görəcəksiniz.
- Günlük həyatınızda stressdən uzaq qalmaq üçün nəfəs məşqləri və meditasiya yollarını sınaqdan keçirin.
- Dostlarınızdan, ailənizdən dəstək alın. Özünüzü tənha hiss etməyin.
Yaddan çıxarmayın ki, hər bir problem həll edilə bilər. Siz düzgün addımlar atın və ümidinizi itirməyin.