Psixi Pozuntu Nədir? Psixi Pozuntunun Elametleri və Müalicəsi

Son güncellenme tarixi Fevral 1, 2025
Psixi Pozuntu Nədir?
Bəzən özümüzü qəribə, yorğun və ya qərarsız hiss etdiyimiz günlər olur. Ancaq bu hisslər davamlı şəkildə həyatımıza təsir edirsə, artıq psixi pozuntudan danışmaq lazım ola bilər. Psixi pozuntu, insanın düşüncə, hiss və davranışlarında ciddi dəyişikliklərə səbəb olan vəziyyətlərə deyilir.
Müxtəlif səbəblərə görə yaranan bu pozuntuları həm qısa müddətli həm də uzunmüddətli ola bilər.
Hər kəs fərqli şəkildə təsirlənə bilər. Kimi özünə qapanar, kimi isə emosiyalarını idarə edə bilməz. Əsas məsələ, bu əlamətləri vaxtında tanımaq və kömək almaqdır. Çünki psixi sağlamlığımız həyatımızın hər anını təsir edir.
Psixi Pozuntunun Elametleri Nelerdir
Bəs psixi pozuntu deyəndə nəyi nəzərdə tuturuq?
Əvvəlcə psixoloji pozgunluq elametleri nelerdir bunları aydınlaşdıraq daha sonra psixoloji sağlamlığımızı gücləndirəcək şeylər haqqında danışaq.
Psixi pozuntunun elametleri aşağıdakı kimidir:
- Kiçik şeylərdən narahat olmaq.
- Qorxular.
- Əhvalın tez-tez dəyişməsi.
- İştah pozğunluğu.
- Şəxsi gigiyenaya fikir verməmək.
- Daima yorğun olmaq.
- Yuxu rejiminin pozulması.
- Həddindən artıq yatmaq və ya yuxusuz qalmaq.
- Sosiallıqdan özünü təcrid etmək.
- Dostlarla və ailə ilə ünsiyyətdən qaçmaq.
- İctimai həyatdan uzaq qalmaq.
- Günlük işlərdə marağın itməsi və edə bilməmək.
- Qərar qəbul etməkdə çətinlik çəkmək.
- Diqqətini cəmləyə bilməmək.
- Baş ağrısı və ya səbəbsiz yorğunluq hiss etmək.
- Səslərə, Qoxulara qarşı qıcıqlanma
Psixi Pozuntu Testi
Psixi sağlamlığınızda bir problem olduğunu düşünürsünüzsə özünüzə bu sualları verməklə yoxlaya bilərsiniz:
- Diqqətimi cəmləyə bilirəmmi?
- Günlük işlərimi yerinə yetirməkdə problem yaşayıram?
- Hadisələr uyğunsuz reaksiyalar verirəm?
- Düşüncülərim çox zaman neqativ hadisələrlə cəmlənib?
- Qərar verərkən çox çətinlik çəkirəm?
- Yuxu rejimim necədir?
- Dostlarım, ailəm və ətrafımdakılarla münasibətlərim necədir?
- Gün ərzində halsızlıqlarım çox olur?
Bu suallara cavab verərkən cavablarınız yuxarıda olan əlamətlərə uyğun gəlirsə, psixoloji sağlamlığınızda problemlər olduğu məlumdur.
Lakin narahat olmayın, bu problemlər müalicə edilə bilən bir şeydir.
Mütəxəssis dəstəyi və həyatınızı rejimə salaraq bu problemlərdən qurtulmaq çətin deyil.
Psixoloji Sağlamlığınızı Bu Yollarla Gücləndirin
Psixi pozuntuların baş vermə riskini azaltmaq üçün bizim əlimizdə olan yollar da vardır. Bu pozuntulara qarşı mübarizə etmək və bu risk azaltmaq üçün psixoloji sağlamlığınızı gücləndirə bilərsiniz.
Psixoloji sağlamlığınızı gücləndirəcək bəzi tövsiyələr:
- Keyfiyyətli və rahat yuxu alın.
- Sağlam və balanslı qidalanın.
- Bizə dəstək olan, qarşılıqlı hörmətə əsaslanan dostluqlar qurun.
- Münasibətlərdə öz sərhədlərimizi müəyyən edin.
- Hər gün fiziki məşqlər edin. Və çalışın bunu vərdiş halına gətirin.
- Özümüzü sevmək və özümüzə qayğı göstərmək
- İşiniz və şəxsi həyatınız arasında balansı saxlayın
- Sevdiyiniz hobbilərlə məşğul olun.
- Meditasiya edərək ruhi sakitlik tapın.
- Günümüzü özümüzə uyğun və məmnun edici şəkildə təşkil etmək, lazım olanda dəyişiklik edin.
- Hər gün minnətdar olmaq və bunun üzərində düşünmə
Psixi Pozuntunun Səbəbi Nədir
İndi isə gələk əsas suala: Psixi pozuntunun səbəbləri nələrdir? niyə yaranır? Bir çox səbəbi ola bilər:
- Stress və travma: Keçmişdə yaşadığımız xoşagəlməz hadisələr, itkilər və ya uzunmüddətli stres psixi sağlamlığınıza təsir edə bilər.
- İrsi təsirlər: Əgər ailənizdə psixi pozuntu tarixi varsa, sizin də risk altında olma ehtimalınız artır. Amma bu mütləq xəstələnəcəyiniz anlamına gəlmir.
- Kimyəvi dəyişikliklər: Beyindəki kimyəvi maddələrin arasında balansın pozulması, emosional vəziyyətinizə təsir edə bilir.
- Sosial problemlər: Yalnızlıq, işsizlik və ya münasibətinizdə olan problemlər də böyük bir təsirə malikdir.
Bu səbəblər insana görə dəyişən bir vəziyyətdir.
Psixi Pozuntunun Müalicəsi
Yaxşı xəbər odur ki, psixi pozuntular müalicə edilə bilir.
Müalicə isə şəxsin ehtiyaclarına uyğun olaraq təyin edilir. Bəzi müalicə yolları:
- Dəstək almaq: Psixoloq və ya psixiatrla danışmaq, problemlərinizi bölüşmək üçün ilk addımdır. Onlar sizə uyğun müalicə planı hazırlaya bilər.
- Psixoterapiya: Bu, həm emosiyalarınızı, həm də davranışlarınızı anlamağa və idarə etməyə kömək edir. Ən populyar üsullardan biri olan koqnitiv-davranış terapiyası, mənfi düşüncələri dəyişdirmək üçün təsirli bir vasitədir.
- Dərman müalicəsi: Antidepresantlar və ya digər dərmanlar simptomları idarə etmək üçün istifadə edilə bilər. Əlbəttə, bu, mütləq mütəxəssis nəzarətində olmalıdır.
Nəticə
Unutmayın, hər bir addım, mərhələ sizi daha sağlam bir həyata yaxınlaşdırır. Əsas olan, özünüzə vaxt vermək və bu müddətdə dəstək almaqdır.
1 bağlantı