Şizofreniya Nedir? Şizofreniyanın Elametleri ve Müalicesi

Son güncellenme tarixi Fevral 1, 2025
Şizofreniya Nedir
Şizofreniya, insanların günlük həyatına təsir edə bilən ciddi psixoloji bir xəstəlikdir. Bu xəstəlik insanların həyatda olan reallıqları fərqli formada görməsinə səbəb olur. Şizofreniya zamanı insanlar yanılmalar, halüsinasiyalar ilə qarşılaşırlar.
Şizofreniya halına dünya əhalisinin 1%-də rast gəlinir. Və bu xəstəlik adətən gənc yaşlarda başlayır.
Şizofreniya Elametleri
Şizofreniya elametleri fərqli şəkillərdə ortaya çıxa bilir. Bu xəstələr:
- Bizim görmədiyimizi görə və eşitmədiyimiz səslər eşidə bilər (halüsinasiyalar).
- Hamının özlərinə qarşı olduğunu düşünə bilər (paranoyalar).
- Sosiallıqdan və ünsiyyətdən uzaqlaşa bilər və ya həvəslərini itirə bilərlər.
- Qərar qəbul etməkdə çətinliklər çəkə bilər
- Yaddaş zəifliyi ola bilər.
- Danışıqları pozula bilir.
- Uyğunsuz və mənasız danışa bilirlər.
Bu tip əlamətlər xəstəni, onun ətrafı ilə ağır vəziyyətə sala bilər. Amma bu xəstəliyi düzgün yollar ilə idarə etmək mümkündür.
Paranoid Şizofreniya
Şizofreniyanın növlərindən biri də paranoid şizofreniyadır. Bu vəziyyətdə olan insanlar daim kimsə tərəfindən təqib edildiyini, dinlənildiyini və zərər görəcəyini düşünür.
Bu tip hallar isə xəstənin günlük həyatını çətinləşdirə bilir.

Şizofreniya Diaqnozu
Şizofreniyanın diaqnozu və müalicəsi peşəkar şəkildə həkim yanaşması tələb edir. İlkin mərhələdə psixiatrlar hazırki əlamətləri, sipmtomları ətraflıcasına analiz edirlər.
Xəstələrin halüsinasiyalar və ya digər sipmtomları yaşamağı, yaddaş və diqqət səviyyəsini, düşüncələrini ölçürlər. Daha sonra bunları təhlil edirlər. Daha sonra isə müalicə planı hazırlanılır.
Şizofreniya Müalicəsi
Şizofreniya müalicəsi zamanı əsas hədəf xəstəni həyat şəraitini daha yaxşı vəziyyətə gətirməkdir. Bu müalicənin əsas yolları:
Dərmanlar
- Xəstəliyin diaqnozu təsdiqləndikdən sonra bu xəstəliyin ilk mərhələsi olaraq dərman terapiyası görülür. Bu addım adətən xəstəliyin simptomlarını azaldır və xəstənin həyat keyfiyyətini yaxşılaşdırır.
Psixoterapiya
- Digər bir yol kimi psixoterapiya da (xüsusilə Koqnitiv Davranış Terapiyası) xəstələrdə baş verən paranoya pozuntularının azaldılmasına çox təsirlidir.
Psixoterapevtlər xəstələrin gündəlik həyatlarında daha yaxşı hiss etməyə və özləri daha yaxşı anlamağa kömək edirlər
Ailə dəstəyi
- Ailə Dəstəyi: Ailənin və yaxınların anlayışı və dəstəyi bu mərhəldə böyük rol oynayır.
Ailənin və yaxınların da iştarıkı şizofeniyanın müalicə edilməsin çox vacib bir roldur. Bu yol xəstələrin daha çox dəstək almasına və edilən müalicələrə daha yaxşı reaksiya verilməsində böyük bir faktordur
Nəticə
Şizofreniya ilə mübarizə mümkündür. Bu xəstəlik barədə daha çox məlumatlı olmaq həm xəstələrə, həm də onların yaxınlarına kömək edə bilər. Ən önəmlisi isə odur ki, xəstələri mühakimə etmədən onlara dəstək verməkdir.
1 bağlantı